Yaddaşınızı bu ŞİRƏLƏRLƏ möhkəmləndirə bilərsiniz

Yaddaşınızı bu ŞİRƏLƏRLƏ möhkəmləndirə bilərsiniz

Yaddaşı möhkəmləndirən qidalar barədə yəqin ki, çoxları eşidib. Amma elm adamları, dünyanın aparıcı mərkəzlərinin apardıqları araşdırmalar zaman-zaman bununla bağlı yeniliklər, maraqlı məqamlar da ortaya çıxarır. E-tibb.az bununla bağlı psixiatr, uzman həkim Fuad Bəşirovun fikirlərini təqdim edir:

Yaddaş azalmasının və ya unutqanlığın bir çox səbəbi məlumdur. Qeyd edəcəyim məqamlar müayinə etdiyim xəstələrimin və ya xəstə yaxınlarının eyni zamanda dostun, qohumun sözarası soruşduğu - yaddaşsızlıq üçün nə yesək, nə etsək kömək edər- sualına cavab olacaq.

Yaddaşın geri dönməyən azalması ilə gedən xəstəliklərin başında gələn Alzheimer xəstəliyinin əsasında genetik və ətraf mühit şərtlərinin əsas olduğunu bilirik. Eyni zamanda bu xəstəliyin yaranması üçün əsas zəmin yaradan faktorlara depressiya, stress, köklük, yüksək təzyiq, diabet xəstəliyi, fiziki aktivliyin olmaması, siqaret çəkmək, təhsil öyrənmə vərdişinin az olmasını saya bilərik. Elmi tədqiqatlar həyat şəraitinin, yaşam tərzinin genetik faktorlardan çox vaxt üstün olduğunu vurğulamaqdadır.

Gündəlik yeməyimizin yaşam tərzimizin müəyyən bir hissəsi olduğunu nəzərə alsaq, xəstəliklərlə əlaqəsini qurmaq çox da çətin olmaz.