Zaqatalada 20 hektar sahədə yeni xurma bağları salınıb

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. Ötən il rayonun xurma bağlarından 5,5 min tondan çox məhsul yığılıb. Tədarük olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac olunub.

.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 386 hektardır. Bu bağların 336 hektarı barverəndir. Son illər rayonda 20 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir.

127 Baxış