Kimdir bu BTS?

Kimdir bu BTS?
Kimdir bu BTS?
Kimdir bu BTS?

Salamlarrr

son dövrlərdə xəbər portallarının birində BTS ilə bağlı,daha doğrusu BTS-in You Tube da niyə trend olması ilə bağlı bir xəbər oxumuşdum.O xəbərdən sonra mənə belə aydın oldu ki,artıq Amerikada və Avropada yetəri qədər məşhur olan bir qrupu ölkəmizdə tanımayan bir çox gənc var.Halbuki bu 7 cavan oğlan 2013cü ildən bura profissional səhnədədirlər və bu 6 ildə özlərini avropa və ümumi dünya ölkələrinə tanıtmağı bacarıblar.

Qeyd etdiyim kimi qrup 7 cavan oğlandan ibarətdir və yaş aralıqları 22-27 dir.Qrup üzvlərinin bəziləri öz adları ilə,bəziləri isə səhnə adı ilə məşhurlaşıblar.Oğlalar RM,Suga,J-Hope,Jin,Jimin,Jungkook,V adlanırlar.Oğlanlar dünyada xüsusi ilə də öz ölkələri olan Cənubi Koreyada milyonlarla fanat kütləsinə sahibdirlər və öz fanatlarını ARMY adlandırırlar.BTS-in diqqət cəlb edən yaraşıqları xanım fanatların saylarının çox olmasının sadə bir izahıdır :) 

Son dövrlərdə onlara ən çox məşhurluq qazandıran albomları "Love yourself Answer","Love yourself Tear" və ən yeni aprel ayında çıxarmış olduqları "Persona" olmuşdur.Persona albomu cəmi 13 gündür çıxmasına baxmayaraq 2.5 milyondan çox satış etmişdir.Bəs nədir bu oğlanları bu qədər sevilən edən?Albomlarında və mahnılarında əks etdirdikləri fikirləri buna çox təsir etmişdir.Son dövrlərin ən böyük problemi genclərin özlərini sevməmək və həyat stimullarını itirmələri olduğu artıq çoxlarımıza məlumdur.BTS in adı çəkilən albomlarında özünü sevmək və qəbullanmaq mövzusu əks olunub və gənclər üzərində təsiri özünü göstərib.Bu fikirləri onların yolunu UNİCEF-ə qədər aparıb və bu 7 cavan oğlan uşaqlara öz həyat eşqini artırmağı öz nitqləri ilə aşılayıblar.

Qısası,gəlin hər qıyıq gözlünü "kitay" adlandırıb asağı görməyək və trend olduğu zaman niyə məşhur olduqlarını,nə işlər gördüklərini araşdıraq və tanış olaq.Məsləhət vermək mənə qalmadı ama açın bir BTS mahnısı da zövq alın ;)