Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-sı saat 11:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Görüşdə iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-663-40-89) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.