Bu yay harada nə olmaz?

Bu yay harada nə olmaz?
Bu yay harada nə olmaz?
Bu yay harada nə olmaz?
Bu yay harada nə olmaz?
Bu yay harada nə olmaz?
Bu yay harada nə olmaz?

Artıq yay tətili yaxınlaşır və bir çoxumuz səyahət agentliklərinin saytlarında gəzintiləri artırmışıq.Bəs dünyada bu yay nə baş verəcək?Bizi nə kimi yeni qadağalar gözləyir?Gəlin birgə bir neçəsi ilə tanış olar...

İtaliya deyəndə ilk ağlımıza gələn şəhər,VENESİYA..Təzə qaydalara əsasən,əgər Venesiyaya yalnız 1 günlük səyahət planlayırsınızsa və o məşhur qayıqlara minəcəksinizsə,3 dollar ödəniş etməli olacaqsınız.Ödəniş etmədən qaçmağa çalışan turistlər isə 450 dollar cərimə olunacaqlar.Bunun səbəbi şəhərdə hədsiz turist çoxluğu və yerli əhalinin evlərinə getməkdə belə çətinlik çəkdiyidir.F

Filippin adaları.Təzə qaydalara əsasən adalarda yemək yemək,siqaret çəkmək və hətta qumdan qala düzəltmək qadağandır.Bu qadağaların hər biri təmizliyi qorumaq üçün imiş.Çünki adanı təmizləmək üçün yerli dövlət nümayəndələri 6 ay boyunca çimərliyi bağlamalı və 20 milyon dollar xərcləməli olublar.

Tayland plastik paket və qablara qarşı çıxır.Hesablamalara görə xüsusilə Ko Samet adasına hər gün 1500 turist baş çəkir və istifadə olunan plastiklər adada böyük kirlilik yaradır.Qaydalara əməl etməyən turistlər pul cəzası ilə qarşılaşır.

İndoneziyanın yer üzünün cənnəti hesab olunan Bali adası rəhbərliyindən də təəccüblü qadağa gəlib.Artıq turistlər çimərlik geyimində (bikinidə) sərbəst gəzə və ibadətgahları o geyimdə ziyarət edə bilməyəcəklər.

2019 və sonraki illərdə Everstə yalnız yaz aylarında və sadəcə 300 nəfər çıxa biləcək.Bunun səbəbi isə ən məşhur və qlobal problem olan hədsiz zibilləmədir.Belə ki,2018ci ildə Everstdən 8.4 ton zibil toplanıb və bu da hazırki qadağaya ehtiyac olduğunu göstərir.Artıq dağda zibil qabları və  tualetlər də olacaqdır.

Qadağalardan belə məlum olur ki,nəyinki bizim gözəl bakımız,artıq bir çox şəhər və ərazilər artıq çirklənmədən əziyyət çəkir və bunu şüursuz heyvanlar yox,məhz biz insanlar edirik.Nə deyək?! Bir gün düzələr deyib ümidimizi itirməyək...