Bu şəxslərin pensiyası artırılacaq - Qanuna dəyişiklik

Bu şəxslərin pensiyası artırılacaq - Qanuna dəyişiklik

"Əmək pensiyaları haqqında” qanuna növbəti dəyişikliklərin səbəbi məlum olub.

Parlamentin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə salınmış "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyasının artırılması ilə bağlıdır.

Qeyd edək ki, bununla bağlı həm də digər bir qanuna - "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və həmin dəyişikliklər layihəsi də 23 aprel iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.