Bakıda dərsdən evə gedən 13 yaşlı qız yoxa çıxdı - FOTO

4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.

O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.

Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır. 

Aydanın üstündə mobil telefon olmayıb. 

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.