Zaqatala Rayonu ''AZROSE'' Gul emali zavodu haqqinda

AZROSE ZAQATALA haqqında

Xoş ətirli gül yağlarını maksimum məhsuldarlıqla istehsal edirik.

Digər adı ilə ölkəmizin `Qızılgüllər diyarı` doğma Zaqatalanın Aşağı Tala kəndində ümumi ərazisi 107 hektar olan “AzRose” emal zavodunun quruluş tarixi 2016-cı ilə təsadüf edir. Türkiyə və Bolqarıstan kimi gülçülük sahəsində ixtisaslaşmış ölkələrdən dəvət edilən mütəxəssislərin çalışmaları ilə tərkibində istehsalat bölməsi, anbar, ofis, 5 min kubmetrlik su tutumuna malik suni göl, gül plantasiyaları və digər infrastruktur obyektləri olan müəssisənin illik istehsal həcmi 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr Lavanda gülü yağından ibarətdir. Gül yağı emalı üçün istifadə olunacaq avadanlıqlar dünyada bu sahədə öz sözünü demiş qabaqcıl Türkiyə və İsrail şirkətlərindən əldə edilmişdir. Emal müəssəsinin 82 hektarı Bolqarıstandan gətirilmiş, məhsuldarlığına və keyfiyyətinə görə ən yaxşısı hesab edilən “Dəməşq Qızılgülü”, ərazinin qalan hissəsində isə yağlılıq dərəcəsi 20%-dən çox olan “Lavanda” gül növü plantasiyaları salınmışdır. Plantasiyalardan ilkin növbədə 600 ton gül ləçəyinin toplanması hədəflənir. Əldə olunacaq gül yağlarından istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Zaqatala layihəmizlə biz həm də bu ərazidə yaşayan yerli əhali üçün yeni iş imkanları yaradaraq, bölgənin rifah dərəcəsini yüksəltməyi özümüzə əsas hədəflərdən biri kimi seçmişik. Beləliklə yeni tikilmiş müəssisə və plantasiyalarda toplamda 31 daimi və 600-ə yaxın mövsümi iş yerinin açılması planlaşdırılmışdır.